IQNA

 Kəbədə dezinfeksiya işləri aparılır – Foto

17:56 - March 10, 2020
Xəbər sayı: 3486881
Tehran (IQNA) -  Sədudiyyə Ərəbistanında yerləşən Məscidul-Həram və Kəbə evində koronavirusla mübarizə üçün dezinfeksiya işləri görülür.

Dezinfeksiya işləri Məscidul-Həram və Məcsidun-Nəbinin (Hərəmeynil-Şərifeyn) idarə heyəti tərəfindən icra edilir.

Ötən gün (9 Mart 2020) başlayan dezinfeksiya işləri Məscidul-Həram, Kəbə, Həcərul-Əsvəd, Yəmani rükni və Həzrət İbrahim (ə) məqamını ehtiva edir.

Məscidul-Həram və Məcsidun-Nəbinin (Hərəmeynil-Şərifeyn) idarə heyətinin rəisi Əbdürrəhman bin Əbdüləziz Südeys dezinfeksiya işinin koronavirusun yayılmasının qarşısını almaq və zəvvarların sağlamlığının qorunması hədəfi ilə aparıldığını deyib.

3884383

 

captcha